Azərbaycan şahmatçısı beynəlxalq yarışda bürünc medal qazanıb
Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə yekun vurulub.

Azərbaycan şahmatçısı Xaqan Əhməd 12 yaşlılar arasında mükafatçılar sırasında yer almağa nail olub.

Şahmatçı 8 xalla üçüncü yeri tutub və bürünc medala layiq görülüb. Bu yaş kateqoriyasında Vyetnam şahmatçısı Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb.

12 yaşlılar arasında Paşam Əlizadə isə 5-ci olub.

8 yaşlı qızların yarışında Mehriban Əhmədli də beşinci pillədə başa vurub.

Xəbər 169 dəfə oxundu.