Azərbaycanın Olimpiya çempionunun yubileyidir
Bu gün Azərbaycanın həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanovanın 80 yaşı tamam olur. Bu münasibətlə AHF-də görüş keçirilib.

Federasiyanın prezidenti Saleh Məmmədov yubilyara ən xoş arzularını bildirərək, qurumun fəxri fərmanını və gül dəstəsini təqdim edib.

Görüşün sonunda veteran həndbolçu ilə xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, Rəfiqə Şabanova 1976-cı ildə SSRİ yığmasının heyətində Monreal Yay Olimpiya Oyunlarının qalibi olub, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb.

Xəbər 195 dəfə oxundu.