Avropa Kuboku: “Sabah” basketbol klubu bu gün növbəti oyununu keçirəcək | |
“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək. Azərbaycan çempionu D qrupundakı ikinci sınağında Türkiyənin “Bağçaşəhər” komandası ilə qarşılaşacaq. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da start götürəcək. Qeyd edək ki, “Sabah” qrupundakı ilk oyununda Monteneqroda “Mornar” komandasına 75:80 hesabı ilə uduzub. |
|
Xəbər 250 dəfə oxundu. |
|
|