Azərbaycan millisinin futzalçısı İndoneziya klubuna keçib
Azərbaycan millisinin futzalçısı Felipinyo karyerasını İndoneziyada davam etdirəcək.

Hücumçu “Kancil” klubu ilə anlaşıb.

O, mövsümün sonuna qədər sözügedən komandada çıxış edəcək.

Qeyd edək ki, Felipinyo son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.

Xəbər 278 dəfə oxundu.