Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlığın son mərhələsini keçirlər
Güləş üzrə Azərbaycan yığmaları Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatına hazırlığın son mərhələsindədir.

Milli komandalar son təlim-məşq toplanışını keçirlər.

Sərbəst güləş üzrə yığma oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplanış ayın 18-dək davam edəcək.

Yunan-Roma və qadınlardan ibarət milli komandalar isə dünya çempionatına Bakıda hazırlaşırlar. Məşqlər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.

Qeyd edək ki, 23-29 oktyabr tarixlərində “Feti Borova” idman kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Dünya çempionatında I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.

Xəbər 211 dəfə oxundu.