Azərbaycan şahmatçısı dünya çempionu olub
Azərbaycan şahmatçısı dünya çempionu olub
12.10.2023 [22:57]
Çap et
A+ A-
Azərbaycan şahmatçısı dünya çempionu olub
Bakı, 12 oktyabr, AZƏRTAC

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yarışda tarixi uğura imza atıb.

O, 11 oyundan 9 xal toplayaraq mundialı birinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı isə 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, oktyabrın 13-də İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.

Xəbər 191 dəfə oxundu.