Azərbaycan şahmatçıları dünya birinciliyində iştirak edəcəklər
Oktyabrın 14-də Misirdə şahmat üzrə 8, 10 və 12 yaşlı oğlan və qızlar arasında dünya birinciliyinə start veriləcək.

80 ölkənin qatılacağı yarışda Azərbaycanı 12 şahmatçı təmsil edəcək.

Bunlar Xaqan Əhməd, Paşam Əlizadə, Səfa Hümmətov, Atilla Orman, Məhəmməd Kazımzadə, Müslim Şirəliyev, Səadət Bəşirli, Əsnad Vəliyeva, İnci Ələkbərli, Məryəm Abbaszadə, Əsnad Baxşızadə və Mehriban Əhmədlidir.

Azərbaycan nümayəndə heyətinə beynəlxalq qrosmeyster Fərid Abbasov rəhbərlik edəcək.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 27-də başa çatacaq.

Xəbər 174 dəfə oxundu.