Azərbaycan millisinin qapıçısı: Hər iki görüşdə bəxt Qazaxıstanın tərəfində oldu | |
“Astanadakı oyun da Bakıdakı matçın davamı oldu. Bu görüşlər sanki bir-birini təkrarladı. Bakıda daha yaxşı oynadıq və sübut etdik ki, istənilən yığma ilə mübarizə aparacaq gücdəyik. Sadəcə, bəxtimiz gətirmədi”. Bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov DÇ-2024-ün seçmə mərhələsində Astanada Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib. Yığmanın kapitanı idmanda bəxt amilinin çox vacib olduğunu bildirib: “Hər iki görüşdə bəxt onların tərəfində oldu. Zalda da rəqib üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “söz”ünü dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə oyunu saxladılar, ancaq rəqibin topu oğurlayıb qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən feyr-pley nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər”. 39 yaşlı qolkiper qarşıda onları iki vacib oyunun gözlədiyini vurğulayıb: “Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq. Düzdür, itkimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü, Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq. Əlbəttə, istərdik ki, final mərhələsinə birbaşa vəsiqə qazanaq. Amma qeyd etdiyim səbəblər də buna imkan vermədi”. |
|
Xəbər 197 dəfə oxundu. |
|
|