“Qatar Open” turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub
Bu gün Dohada şahmat üzrə “Qatar Open” turnirinə start veriləcək.

Yarışda Azərbaycanı Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva təmsil edəcək.

155 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək. 9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) də mübarizə aparacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 110 min ABŞ dolları təşkil edir.

Xəbər 141 dəfə oxundu.