Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə birinci yerə çıxıb
Almaniyanın Troysdorf şəhərində atçılıq üzrə beynəlxalq turnirə yekun vurulub.

Yarışda Azərbaycan təmsilçisi Aqata Zəhrabəyova da qüvvəsini sınayıb.

Milli üzvü atçılıq idmanının dresaj növündə bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.

Qeyd edək ki, A. Zəhrabəyova turnirdə “Rm Golden Showmen” atı ilə çıxış edib.

Xəbər 157 dəfə oxundu.