Qazaxıstanla oyun öncəsi Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib | |
DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Azərbaycan Futzal Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb. Onun əvəzinə “Neftçi” İK-nın üzvü Amir Sojaei komandaya dəvət olunub. Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıdan istifadə edəcək. Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli. Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Sojaei. Qeyd edək ki, Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. |
|
Xəbər 170 dəfə oxundu. |
|
|