Dünya çempionatı: Bu gün Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq
Portuqaliyanın Odivelas şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Fərdi yarışların sonuncu - üçüncü günündə Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində Ömər Rəcəbli, 90 kiloqramda isə Vüqar Talıbov və İsmayıl Zamanov medallar uğrunda mübarizə aparacaqlar.

Görüşlər Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kiloqram) qızıl, Nizami İmranov (60 kiloqram) isə gümüş medal qazanıb.

Xəbər 143 dəfə oxundu.