Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Abiyev Ağacan Qulam oğlu Mədətov İlham İsa oğlu “Tərəqqi” medalı ilə Əliyev Akif Arif oğlu Əliyev Natiq Avil oğlu Hümbətov Cəfər İslam oğlu Mehdiyev Qabil Sabir oğlu Nəcəfov Dilavər Ədalət oğlu Spirina İrina Anatolyevna İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 noyabr 2012-ci il. |
|
Xəbər 1423 dəfə oxundu. |
|
|