Bakıda keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 10 cüdoçu tatamiyə çıxacaq | |
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam ed Turnirin ikinci günündə 10 cüdoçumuz tatamiyə çıxacaq. Qadınlar arasında (-70 kiloqram) çəki dərəcəsində iki cüdoçumuz, kişilər arasında isə (-73 kiloqram) və (-81 kiloqram) çəki dərəcələrində səkkiz cüdoçumuz güclərini sınayacaq. Qadınlar -70 kiloqram Südabə Ağayeva - Darya Xramiykina (Fərdi neytral idmançılar) Günel Həsənli - Eliza Vroblevska (Polşa) Kişilər -73 kiloqram Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Nurlan Osmanov - Dioqo Sezar (Qvineya-Bisau) Rəşid Məmmədəliyev - Aksus Benyamin (Fransa) Telman Vəliyev - Fey Niya (Qambiya) -81 kiloqram Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aybol Nissanali (Qazaxıstan) Elcan Şəfiyev - Şamil Borçaşvili (Avstriya) Məmmədrza Hacızadə - Mariya Cose Mendiola İzquyeta (İspaniya). |
|
Xəbər 181 dəfə oxundu. |
|
|