Əsl Avropa komandası | |
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə qələbə ilə başladı. Bakıda Norveçin "Molde" komandasını qəbul edən Ağdam təmsilçisi minimal hesablı qalibiyyətlə aktivinə vacib 3 xal yazdırdı. Yeganə qolun müəllifi isə Leandro Andrade oldu. Görüşə əla başlayan "köhlən atlar" ilk dəqiqələrdən qonaqları meydanın özünə aid hissəsinə sıxmağa başladı. Əslində Norveç çempionu da oyunu müdafiədən qurmuşdu. İlk 15 dəqiqədən sonra rəqibin əks-hücumlara bel bağladığı və Bakıya 1 xal üçün gəldiyi nəzərə çarpırdı. Amma "Molde" 11 nəfərlə müdafiə olunsa da, tez-tez arxa xətdə boşluqlar verirdi. "Qarabağ" xüsusilə müdafiənin arxasına edilən ötürmələr zamanı rəqibə həyəcan yaşadırdı. Juninyonun ön xətdəki fəallığı da qonaqları təzyiq altında saxlamağa imkan verirdi. Artıq yarım saatın tamamında "Qarabağ" bir neçə dəfə qola yaxın olmuşdu. Bəzi məqamlarda Abdullah Zubirin "xəsis"liyi, bəzən isə futbolçuların qeyri-dəqiqliyi hesabın açılmasına mane olurdu. Yeri gəlmişkən, bu oyun “Qarabağ”da bitirici hücumçu probleminin olduğunu bir daha göstərdi. Ağdamlılar qrupdakı növbəti oyunlarda bu qədər qol fürsəti yaxalamaya bilərlər. İlk hissədə çoxsaylı hücumlara baxmayaraq, tablodakı sıfırlar dəyişmədi. İkinci yarı da eyni ssenari ilə start götürdü. "Qarabağ" hücum edir, "Molde" isə müdafiə olunur, eyni zamanda təhlükəli əks-hücumlar qururdu. Hətta bir neçə epizodda Ağdam klubunun qapıçısı Andrey Lunyov komandasını qoldan xilas etdi. Rusiyalı qolkiperin çıxışını da xüsusi qeyd etmək lazımdır. Təcrübəli çərçivə qoruyucusu meydana çıxdığı ilk matçlarda inamsız təsir bağışlasa da, dünənki qarşılaşmada yaxşı çıxış etdi. Təbii ki, bunda müdafiə xəttinin, demək olar, səhvsiz oyunu da rol oynadı. Zədəli Bəhlul Mustafazadənin yoxluğunda sağ mərkəz müdafiəçisi kimi oynayan Maksim Medvedev təcrübəsi hesabına bir-iki epizodda vacib müdaxilələri ilə diqqət çəkdi. Bəzi xırda səhvlərini nəzərə almasaq, Kevin Medina yenə öz ampluasında idi. İkili mübarizələrdən çəkinməyən kolumbiyalının arxa xətdəki liderliyi özünü açıq-aşkar büruzə verirdi. Elvin Cəfərquliyevlə Mateus Silva isə müdafiədəki etibarlı oyunları ilə yanaşı, hücumlara da olduqca fəal qoşulurdular. Müdafiənin önündə həmişəki kimi Julio Romao yer almışdı. Yorulmaq bilməyən braziliyalının da inamlı çıxışını vurğulamaq lazımdır. Bir sözlə, "Qarabağ" bu matçda öyrəşdiyimiz əsl komanda oyunu sərgilədi. 56-cı dəqiqədə istədiyi qolu vuran "köhlən atlar" nisbətən geri çəkilərək, rəqibi meydanın özlərinə aid hissəsində qarşılamağa başladı. Norveç təmsilçisi isə məğlub duruma düşdükdən sonra daha böyük qüvvə ilə hücuma atıldı ki, bu da Azərbaycan çempionu üçün irəlidə kifayət qədər boş zonalar tapmağa imkan verirdi. Bunun məntiqi nəticəsi kimi, əks-hücumlar zamanı ən azı iki epizodda hesabı artırmaq olardı. Lakin yenə qeyri-dəqiqlik öz sözünü dedi. Matçın sonlarına doğru "Molde" təzyiqi artırsa da, Andrey Lunyov və müdafiəçilərin diqqətli oyunu rəqibin fərqlənməsinə mane oldu. "Qarabağ" bəlkə də müəyyən müddətdən sonra ilk dəfə bu matçda əsl Avropa komandası təsiri bağışladı. Həm taktiki cəhətdən səhvsiz oynadılar, həm də fiziki güclərini 90 dəqiqəyə tam |
|
Xəbər 134 dəfə oxundu. |
|
|