Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb
Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatının yarımfinalına yüksəlib.

Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) 1/4 final səddini uğurla keçiblər.

Bu raundda Eldəniz Əzizli qazaxıstanlı Marlan Mukaşyova 6:0, Sənan Süleymanov Demeu Jadrayevə 5:1, Rafiq Hüseynov isə rusiyalı Aues Qonibovla (AİN) görüşdə geridönüş edərək 10:5 hesablı qələbəylə yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, 130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki mübarizəni erkən dayandırıb.

Xəbər 97 dəfə oxundu.