Azərbaycan millisi Avropa Superfinalında növbəti oyununu keçirib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib.

AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rumıniya yığması ilə oyun rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə növbəti oyununu sentyabrın 21-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xəbər 118 dəfə oxundu.