Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib | |
UEFA Çempionlar Liqasında qrup mərhələsinin matçlarına start verilib. ilk oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutub. E qrupunda Niderland “Feyenoord”u evdə Şotlandiya “Seltik”ini məğlub edib. “Latsio” İtaliyada İspaniya “Atletiko”su ilə heç-heçə edib. F qrupunda İngiltərə “Nyukasl”ı İtaliyada “Milan”la qolsuz sülhə razılaşıb. Almaniyanın “Borussiya” (Dortmund) klubu isə Fransada PSJ-uə 2 cavabsız qolla uduzub. G qrupunda Almaniyanın “Leyptsiq” komandası İsveçrədə “Yanq Boyz”a, “Mançester Siti” isə İngiltərədə Serbiyanın “Srvena Zvezda” klubuna qalib gəlib. Nəhayət, H qrupunda İspaniya çempionu “Barselona” doğma meydanda Belçika “Antverpen”ini darmadağın edib. Ukrayna “Şaxtyor”u isə Portuqaliyanın “Portu” komandası ilə dueldən məğlub ayrılıb. Çempionlar Liqası Qrup mərhələsi, I tur 19 sentyabr E qrupu 23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) - 2:0 23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) - 1:1 F qrupu 20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) - 0:0 23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0 G qrupu 20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) - 1:3 23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) - 3:1 H qrupu 23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika) - 5:0 23:00. “Şaxtyor” (Ukrayna) – “Portu” (Portuqaliya) - 1:3 Qeyd edək ki, A, B, C və D qrupunun oyunları bu gün keçiriləcək. |
|
Xəbər 85 dəfə oxundu. |
|
|