Şahmat üzrə Avropa çempionlarımız Vətənə qayıdıblar
Rumıniyada yeniyetmələrin Avropa çempionatında uğur qazanan Azərbaycan şahmatçıları Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda şahmatçılarımızı federasiya rəsmiləri, mətbuat nümayəndələri və yaxınları qarşılayıblar.

Xatırladaq ki, Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında da hamını qabaqlayaraq birinci yeri tutub.

Xəbər 133 dəfə oxundu.