AFFA rəsmisi UEFA Millətlər Liqasının oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

O, qadınlardan ibarət komandalar arasında ilk dəfə təşkil olunan Millətlər Liqasında keçiriləcək Macarıstan – İrlandiya matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da baş tutacaq.

Xəbər 160 dəfə oxundu.