Şəkidə gənclər arasında "El-oba" milli adət-ənənələr düşərgəsi keçirilib
Gənclər və İdman Nazirliyi tərəfindən Şəki Olimpiya İdman Kompleksində gənclər arasında "El-oba" milli adət-ənənələr düşərgəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, düşərgəyə respublikamızın müxtəlif bölgələrindən 100 gənc cəlb olunub.

Düşərgə müddətində "Milli rəqs gecəsi", "Yallı gecəsi", "Qarabağ yallısı” rəqsləri, “Poeziya saatı”, "Teatr tamaşası", folklor kollektivlərinin musiqili çıxışları, müxtəlif ansamblların ifasında “Azərbaycan ritmləri”, saz və tar ifalarında milli musiqilər, “Xalça motivləri bədii şüşə sənətində və milli ornamentlərin yağlı boya ilə kətan parça üzərində əks etdirilməsi”, "Gildən saxsı qabların hazırlanması", "Qədim şəbəkə sənəti”, “Xarıbülbül təsvirinin muncuqla milli və müasir geyimlərdə işlənməsi” adlı tikiş və toxuculuq və “Pitinin hazırlanması” adlı milli mətbəx üzrə master-klaslar təşkil olunub.

Digər mədəni tədbirlərlə yanaşı, “Gənclər arasında erkən nikah və onun fəsadları” və “Sağlam və müasir gənclik narkomaniyaya yox deyir!” adlı maarifləndirici təlimlər, "Bayraqdar" milli intellektual oyunu, "Nə? Harada? Nə vaxt?" intellektual yarışı, atçapma, çuval-qaçdı, kəndir dartma, şahmat, nərd və həmçinin digər stolüstü oyunlar keçirilib.

Xəbər 141 dəfə oxundu.