Almaniya millisi ilk dəfə FIBA Dünya Çempionatının qalibi olub
Almaniya millisi basketbol üzrə dünya çempionatının final oyununda Serbiya yığmasını 83:77 hesabı ilə məğlub edib. Görüş Filippinin paytaxtı Manilada keçirilib.

Finalda ən məhsuldar oyunçu Almaniya millisinin basketbolçusu Dennis Şröder olub. O, 23 xal toplayıb. Serbiya yığmasının heyətində isə ən çox xalı Aleksa Avramoviç toplayıb – 21 xal. Almaniya millisi dünya çempionatında keçirdiyi səkkiz oyunun hamısında qalib gəlib.

Almaniya üçün bu qələbə dünya çempionatı tarixində ilkdir. Bu vaxta qədər komandanın ən yaxşı nailiyyəti 2002-ci il dünya çempionatında bürünc medallar olub.

Üçüncü yer uğrunda görüşdə Kanada komandası ABŞ-a əlavə vaxtda 127:118 hesabı ilə qalib gəlib. Beləliklə kanadalılar ilk dəfə dünya çempionatında gümüş medal əldə ediblər.

“FIBA Dünya Çempionatı – 2023” İndoneziya, Yaponiya və Filippində keçirilib.

Xəbər 110 dəfə oxundu.