Basketbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib
İndoneziya, Yaponiya və Filippinin ev sahibliyi etdiyi basketbol üzrə dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib.

Yarımfinalda Kanada yığmasına 95:86 hesabı ilə qalib gələn Serbiya millisi həlledici oyuna vəsiqə qazanıb.

Matçın ən məhsuldar basketbolçusu serbiyalıların heyətində Boqdan Boqdanoviç olub. O, görüşü 23 xal, 4 ribaund və 3 asistlə tamamlayıb.

Serbiya seçməsinin finaldakı rəqibi bu gün keçiriləcək ABŞ – Almaniya oyununun qalibi olacaq. Həlledici qarşılaşma isə sentyabrın 10-da baş tutacaq.

Qeyd edək ki, basketbol üzrə son dünya çempionu İspaniya millisidir.

Xəbər 125 dəfə oxundu.