“Qəbələ”nin sloveniyalı futbolçusu Deyan Kelhar yenə yığmasından dəvət alıb
“Qəbələ”nin sloveniyalı futbolçusu Deyan Kelhar yenə yığmasından dəvət alıb. Sloveniya millisinin baş məşqçisi Slavişa Stoyanoviç mərkəz müdafiəçisinə açıqladığı 23 nəfərlik siyahıda yer verib. Sloveniya noyabrın 14-də Makedoniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, Kelhar “Qəbələ”də oynadığı cari mövsümdə həmişə çağırılıb.

Xəbər 896 dəfə oxundu.