Avropa çempionatının ilk günündə Azərbaycanın yeddi cüdoçusu mübarizə aparacaq
Bu gün Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatına start veriləcək.

Yarışın ilk günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxacaq.

Oğlanlar arasında Nizami İmranov (60 kiloqram), Nicat Nağıyev və Aydın Rzayev (hər ikisi 66 kiloqram) qüvvəsini sınayacaq.

Qız cüdoçulardan isə Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, yarış Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Xəbər 134 dəfə oxundu.