AVRO-2024: Bu gün dörd qrupda doqquz oyun keçiriləcək | |
Bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun görüşləri keçiriləcək. ilk oyun günündə dörd qrupda ümumilikdə doqquz qarşılaşma baş tutacaq. B qrupunun favoritlərindən Fransa millisi İrlandiyanı, Niderland yığması isə Yunanıstanı qəbul edəcək. E qrupunun lideri Çexiya seçməsi doğma azarkeşləri qarşısında ikinci sırada yer alan Albaniya kollektivi ilə üz-üzə gələcək. Polşa isə evdə Farer adalarını sınağa çəkəcək. G qrupunda Monteneqro Litvanın, Macarıstan isə Serbiyanın qonağı olacaq. H qrupunda üç oyun keçiriləcək. Hərəyə doqquz xalla qrupda ilk iki sıranı bölüşdürən Finlandiya və Qazaxıstan yığmaları vahid liderlik uğrunda mübarizə aparacaqlar. Qrupun digər oyunlarında isə Danimarka San Marino ilə, Sloveniya Şimali İrlandiya ilə qarşılaşacaq. AVRO-2024, seçmə mərhələ V tur B qrupu 22:45. Fransa - İrlandiya 22:45. Niderland - Yunanıstan Xal durumu: Fransa - 12 (4 oyun), Yunanıstan – 6 (3), İrlandiya – 3 (3), Niderland – 3 (2), Cəbəllütariq – 0 (4) E qrupu 22:45. Çexiya - Albaniya 22:45. Polşa - Farer adaları Xal durumu: Çexiya – 7 (3 oyun), Albaniya – 6 (3), Moldova – 5 (4), Polşa – 3 (3), Farer adaları – 1 (3) G qrupu 20:00. Litva - Monteneqro 22:45. Serbiya - Macarıstan Xal durumu: Macarıstan - 7 (3 oyun), Serbiya – 7 (3), Monteneqro – 4 (3), Bolqarıstan – 2 (4), Litva – 1 (3) H qrupu 18:00. Qazaxıstan - Finlandiya 22:45. Danimarka - San Marino 22:45. Sloveniya - Şimali İrlandiya Xal durumu: Finlandiya – 9, Qazaxıstan – 9, Danimarka – 7, Sloveniya – 7, Şimali İrlandiya – 3, San-Marino – 0 |
|
Xəbər 167 dəfə oxundu. |
|
|