“Neftçi” komandası üç futbolçusunu icarəyə verib, üçü ilə yollarını ayırıb | |
“Neftçi” komandası üç futbolçusunu bir il müddətinə icarəyə verib. Bu mövsüm Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov isə “Turan Tovuz”da çıxış edəcək. Tovuz təmsilçisi ilə icarə müqaviləsinin müddəti başa çatan Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir. Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ötən mövsüm əsas komandanın heyətində rəsmi debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub. |
|
Xəbər 113 dəfə oxundu. |
|
|