FIFA referimiz Fransa – Portuqaliya oyununu idarə edəcək
Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı UEFA-dan yeni təyinat alıb.

Federasiyadan verilən məlumata görə, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi olacaq.

Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcək.

Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

Xəbər 122 dəfə oxundu.