Topaz Premyer Liqasının XII turu “Qəbələ” üçün əlamətdar oldu | |
Topaz Premyer Liqasının XII turu “Qəbələ” üçün əlamətdar oldu. Ramiz Məmmədovun yetirmələri II dövrənin ilk oyununda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edərək mövsümdə ilk dəfə ardıcıl 2 oyunda qələbə qazandı. Son 2 ev oyununda qola, son 3 ev matçında qələbəyə həsrət qalan komanda bu uğursuz seriyalara da son qoydu. Üstəlik, ölkənin ən titullu klubu olan “Neftçi” ardıcıl 3-cü dəfə Qəbələ səfərindən xalsız qayıtdı. XII tur tarixə həm də “Qəbələ”nin Premyer Liqada yubiley – 200-cü qolunu vurması ilə düşdü. Belə ki, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirdi. Yubiley qolunun müəllifi isə Lourival Assis oldu. Qeyd edək ki, komanda Premyer Liqada 201 qola imza atıb ki, bunlarında ikisi avtoqol olub. |
|
Xəbər 1109 dəfə oxundu. |
|
|