Aleksandra Qoryaçkina: Bakıda qazandığım qələbə karyeramdakı ən vacib anlardan biridir
Qalib gələndə təəssüratlar hər zaman yaxşı olur.

Bu sözləri Bakıda qadınlar arasında keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi rusiyalı Aleksandra Qoryaçkina jurnalistlərə açıqlamasında deyib.

FIDE bayrağı altında çıxış edən qrosmeyster təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: "Hər şey əla idi. Bakıda qazandığım qələbə karyeramdakı ən prestijli və vacib anlardan biridir".

Öz çıxışını dəyərləndirən Qoryaçkina qarşıda onu gözləyən yarışlardan da söz açıb: "Açığı, dünən oyun vaxtı çətin vəziyyətə düşmüşdüm və xilas olacağıma inanmırdım. Amma rəqibim bəzi səhvlər etdi. Hərdən belə möcüzələr də olur. Qarşıda məni "Grand Swiss" turniri gözləyir. Amma viza məsələsi ilə bağlı zəmanət verilmir. Yaşayarıq, görərik".

O, Bakıdakı yarışda qarşısına qoyduğu hədəfi də açıqlayıb: "Bunadək İddiaçılar turnirinə vəsiqəni təmin etmişdim. Ona görə də Bakıdakı yarışda daha yaxşı oynamaqdan başqa qarşımda hər hansı əlavə vəzifə yox idi".

Xəbər 124 dəfə oxundu.