Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisindən növbəti qələbə
Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında keçirilir. Olimpiadada daha iki turun oyunları arxada qalıb.

Bu barədə Azərbaycan Şahmat federasiyasından məlumat verilib. Bildirilib ki, ikinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə heç-heçə oynayıb-2:2.

Üçüncü turda isə yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Bolqarıstan komandasını məğlub edib-3,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında 47 ölkədən 63 komanda mübarizə aparır. Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir.

Xəbər 122 dəfə oxundu.