Avropa Paralimpiya Çempionatı: Bu gün cüdo və boccia növləri üzrə idmançılarımız güclərini sınayacaq | |
Avropa Paralimpiya Çempionatının ikinci günündə cüdo və boccia idman növləri üzrə idmançılarımız öz güclərini sınayacaq. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib. Cüdo yarışlarında Xanım Hüseynova (-70 kq), Dürsədəf Kərimova (+70 kq”, Xatirə İsmiyeva (+70 kq) və İlham Zəkiyev (+90 kq) medal uğrunda mübarizə aparacaq. Boccia idman növündə Sona Ağayeva, Orxan Kərimov, Nərmin Ağayeva, Bəhruz Mirzəyev və Xəyal İslamov yarışlarda iştirak edəcəklər. |
|
Xəbər 119 dəfə oxundu. |
|
|