“Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir | |
“Araz-Naxçıvan” futzal klubu Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovla anlaşıb. Klubdan verilən məlumata görə, 25 yaşlı futzalçı Özbəkistanın “BMB” klubundan icarəyə götürülüb. Razılığa əsasən, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı “Araz-Naxçıvan”a kömək edəcək. Husniddin Nişonov avqustun 5-də yeni komandasına qoşulacaq. Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb. |
|
Xəbər 132 dəfə oxundu. |
|
|