“Əl-İttifaq” futbol klubu Mussa Dembelenin transferini rəsmən bəyan edib | |
Stiven Cerardın rəhbərlik etdiyi “Əl-İttifaq” komandası “Lion” klubunun keçmiş hücumçusu Mussa Dembele ilə azad agent kimi müqavilənin imzalandığını bəyan edib. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti xəbər verir. Tərəflər dördillik (2027-ci ilin iyun ayına qədər) müqavilə imzalayıblar. 2022-2023-cü il mövsümündə Mussa Dembele “Lion” klubunda bütün turnirlərdə 28 oyun keçirib, o, üç qol və bir məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun fransız klubu ilə müqaviləsi cari ilin iyun ayında başa çatıb, tərəflər əməkdaşlığı davam etdirməməyi qərara alıblar. “Transfermarkt” internet portalının məlumatına görə futbolçunun proqnozlaşdırılan qiyməti 12 milyon avrodur. Mussa Dembele bütün yaş qrupları üzrə gənclərdən ibarət Fransa yığmasında oynamaq təcrübəsinə malikdir. Bundan əvvəl “Əl-İttifaq” Avropa çempionatından daha bir futbolçu ilə müqavilə bağlayıb. |
|
Xəbər 116 dəfə oxundu. |
|
|