“Neftçi” klubu macarıstanlı müdafiəçi ilə müqavilə imzalayıb | |
Bakının “Neftçi” klubu daha bir transferini gerçəkləşdirib. Macarıstanlı futbolçu Mark Tamaşla ikiillik müqavilə bağlanıb. İyirmi doqquz yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək. Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub. Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib. |
|
Xəbər 77 dəfə oxundu. |
|
|