Luiş Nani karyerasını Türkiyədə davam etdirəcək | |
Portuqaliya millisinin sabiq futbolçus Luiş Nani karyerasını Türkiyədə davam etdirəcək. 36 yaşlı yarımmüdafiəçi “Adana Demirspor”a keçib. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Nani ilə 1+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, son klubu “Melburn Viktori” (Avstraliya) olan futbolçu daha əvvəl "Mançester Yunayted", "Sportinq", "Fənərbağça"da çıxış edib. |
|
Xəbər 116 dəfə oxundu. |
|
|