Faiq Orucov: Voleybolçularımız ölkə xaricində uğurlu mövsüm keçiriblər | |
Azərbaycan Voleybol Federasiyasının (AVF) inkişaf planına uyğun olaraq qurum tərəfindən silsilə tədbirlər təşkil olunub. Cari ilin 6 ayı ərzində kişilər və qadınlar arasında Yüksək Liqa və Birinci Liqa yarışları keçirilib. Ölkə çempionatı bitdikdən sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş turnir təşkil olunub. Bu sözləri AVF-nin baş katibi Faiq Orucov iyulun 14-də qurumun yarımillik hesabatına həsr olunmuş mətbuat konfransında deyib. Baş katib bildirib ki, hesabat dövründə klublarda fəaliyyət göstərən məşqçi və legioner oyunçularla görüşlər olub. Sevindirici haldır ki, voleybolçularımız ölkə xaricində uğurlu mövsüm keçiriblər. “Ötən altı ay ərzində AVF-nin nümayəndələri və beynəlxalq dərəcəli hakimlər mötəbər turnirlərə təyinat alıblar. Həmçinin bu müddət ərzində bölgələrdə idmanın voleybol növünü inkişaf etdirmək məqsədi ilə Gəncə və Ağdaş şahmat məktəblərində voleybol bölməsi yaradılıb. Bu bölmələrdə gənclərin voleybola olan marağının artırılması və idmanın bu növündə kütləviliyi təmin etmək məqsədi ilə dərslər keçirilir”, - deyə baş katib əlavə edib. |
|
Xəbər 153 dəfə oxundu. |
|
|