“Avro-2024”: Ukrayna - İngiltərə matçı Polşada keçiriləcək | |
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna - İngiltərə oyununun yeri müəyyənləşib. Qarşılaşma Polşada keçiriləcək. Görüş sentyabrın 9-da 45 min tamaşaçı tutumuna malik Vrotslav şəhər stadionunda oynanılacaq. Bu arena Polşa və Ukraynanın birgə təşkil etdiyi “Avro-2012”nin oyunlarına ev sahibliyi edib. Qeyd edək ki, martda “Uembli” stadionunda “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində İngiltərə - Ukrayna oyunu keçirilib və meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. |
|
Xəbər 142 dəfə oxundu. |
|
|