“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib | |
“Barselona” klubu heyətinə yeni futbolçu cəlb edib. Kataloniya təmsilçisi "Atletiko Paranaense"nin (Braziliya) hücumçusu Vitor Rokeni heyətinə qatıb. On səkkiz yaşlı futbolçu ilə 500 milyon avroluq sərbəst qalma şərti ilə 2031-ci ilin yayınadək – səkkizillik müqavilə imzalanıb. Roke 2023-2024-cü il mövsümünü icarə əsasında hazırkı klubunda oynayacaq. Futbolçu 2022-ci ilin aprelindən “Atletiko”da çıxış edir. O, bu komandada 66 matçda 22 qol vurub və 9 məhsuldar ötürmə edib. "Barselona" üçün bu keçid yay transfer pəncərəsində üçüncü olub. Klub daha əvvəl azad agent qismində İlkay Gündoğan ("Mançester Siti") və İniqo Martinez ("Atletik Bilbao") ilə müqavilə imzalayıb. |
|
Xəbər 100 dəfə oxundu. |
|
|