Bu gün “Lokomotiv” Çempionlar Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq
Bu gün “Lokomotiv” Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ikinci oyununa çıxacaq. “Dəmiryolçular” Moskva “Dinamo”sunu qəbul edəcəklər.

B qrupunda yer alan “Lokomotiv” üçün görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki ÇL-də Bakıda ilk görüşünü keçirəcək Super Liqanın gümüş mükafatçısı baş məşqçi Pyotr Xilkonu da rusiyalılarla matçdan sonra yola salacaq.

Rəqibini top fərqinə görə qabaqlayan voleybolçularımız qalib gələcəkləri halda isə vahid liderə çevrilə bilər. Bu isə onların mərhələ adlamaq şansını asanlaşdıracaq.

Düzdür, rəqib də kifayət qədər inamlı təsir bağışlayır. Lakin azarkeş dəstəyi 2 və ya 3 xal qazanmağımızda yardımçı ola bilər.

Qrupun digər oyunu da bu gün olacaq. Həmin matçda Polşa “Bank Fakro”su Serbiya “Srvena Zvezda”sını qəbul edəcək.

Xəbər 992 dəfə oxundu.