“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılıb | |
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) matçının biletləri satışa çıxarılıb. Matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Biletləri “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopu, eləcədə Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) əldə etmək olar. Qeyd edək ki, “Qarabağ”-“Linkoln” qarşılaşması iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. |
|
Xəbər 106 dəfə oxundu. |
|
|