Gənc taekvondoçularımız açıq Türkiyə çempionatında dörd medal qazanıblar
Azərbaycanın gənc taekvondoçuları Ankarada keçirilən açıq Türkiyə çempionatında 4 medal qazanıblar.

Yarışın ikinci günündə mübarizəyə qoşulan yığmamız aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb.

Millimizin üzvü Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medalla kifayətlənib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmə taekvondoçuları 4 qızıl və 4 bürünc medal əldə ediblər.

Xəbər 134 dəfə oxundu.