Qırğızıstan və Özbəkistan klubları Bakıda beynəlxalq turnirdə mübarizə aparacaqlar | |
Gənclər və İdman Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Qol U-15” beynəlxalq turniri keçiriləcək. Turnirdə “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Qarabağ” futbol klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın “Paxtakor” komandaları iştirak edəcəklər. İyunun 7-də start götürəcək turnirə ayın 15-də yekun vurulacaq. Oyunlar “ASK Arena”da və “ASCO Arena”da təşkil olunacaq. |
|
Xəbər 100 dəfə oxundu. |
|
|