Azərbaycanlı futbolçu karyerasını Albaniyada davam etdirəcək
Albaniyanın "Eqnatiya" klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Təcrübəli oyunçunun iyulun 6-dan yeni komandası ilə məşqlərə qatılacağı bildirilib.

Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu "Sumqayıt" olub.

Xəbər 161 dəfə oxundu.