Alika Semixova: Yarışa komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq | |
Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Bunu Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib. O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə əhəmiyyət verməyək. Mən də öz mədəniyyətimi göstərdim". |
|
Xəbər 142 dəfə oxundu. |
|
|