Badmintonçumuz Avropa Oyunlarında üçüncü qələbəsini qazanıb
Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında qadınların şəxsi yarışında D qrupunda son görüşünü keçirib.

Son turda qrup liderliyi uğrunda Almaniya təmsilçisi Li Yvonne ilə qarşılaşan Fatimə Zəhra gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə təcrübəli rəqibi üzərində qələbə qazanmağı bacarıb.

Üç set davam edən qarşılaşma Keişa Fatimə Zəhranın 2:1 (17:21, 21:18, 21:17) hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz ikinci turda Moldova idmançısı Vlada Gingaya qalib gəlməklə səkkizdəbir finala vəsiqəni təmin edib.

Qeyd edək ki, idmanın badminton növü Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Dünya çempionatından sonra "Paris-2024" Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.

Xəbər 163 dəfə oxundu.