Belçikanın qadın basketbol komandası ilk dəfə Avropa çempionu olub | |
Belçikanın qadın basketbol komandası İspaniya yığmasını məğlub edərək ilk dəfə Avropa çempionatının qalibi olub. Lyublyanada keçirilən görüş 64:58 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb. Həmin gün üçüncü yer uğrunda oyunda Fransa yığması Macarıstan komandasını 82:68 hesabı ilə məğlub edib. Belçika millisi tarixdə ilk dəfə Avropa çempionu olub, İspaniya yığması bundan əvvəl dörd dəfə turnirin qalibi adını qazanıb. Çempionat bu il Lyublyana və Tel-Əvivdə keçirilib. |
|
Xəbər 121 dəfə oxundu. |
|
|