Azərbaycan taekvondoçusu Cavad Ağayev III Avropa Oyunlarını medalsız başa vurub
Azərbaycan taekvondoçusu Cavad Ağayev (68 kq) Polşada təşkil olunan III Avropa Oyunlarını medalsız başa vurub.

Buna taekvondoçumuzun səkkizdəbir final mərhələsində uduzduğu rəqibi yunanıstanlı Konstantinos Çamalidisin finala çıxa bilməməsi səbəb olub.

Yunanıstan təmsilçisi dörddəbir finalda ispaniyalı Xavier Perezə uduzub.

Çamalidis finala vəsiqə qazanacağı təqdirdə, təmsilçimiz təsəlliverici görüşə qatılacaqdı.

Daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə ediblər.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 155 dəfə oxundu.