Azərbaycan atleti Yekaterina Sarıyeva üçüncü Avropa Oyunlarına uğurla start verib | |
Azərbaycan atleti Yekaterina Sarıyeva üçüncü Avropa Oyunlarına uğurla start verib. Üçüncü divizionda yer alan Azərbaycan yığmasının üzvü qadınların üçtəkanla tullanma yarışında 13,22 metr nəticə göstərib. Atletimiz bu göstərici ilə birinci olub və medal şansını davam etdirir. Qeyd edək ki, “Krakov-2023” çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparırlar. |
|
Xəbər 245 dəfə oxundu. |
|
|