Elnur Məmmədov: İdmançılarımızın üçüncü Avropa Oyunlarında ümidləri doğruldacağına inanıram | |
2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında ölkəmizi 285 idmançı təmsil etmişdi və komandamız 56 medal qazanmışdı. Dörd il sonra Minskdə təşkil olunan növbəti Oyunlara 82 idmançı ilə qatılan komandamız 28 mükafat əldə etmişdi. Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında isə 86 idmançımız medallar uğrunda yarışacaq. İnanıram ki, komandamız ümidləri doğruldacaq. Bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iyunun 14-də təşkil olunan mətbuat konfransında deyib. Elnur Məmmədov bildirib ki, komandamız iyunun 20-də Krakov şəhərinə yola düşəcək. 28 məşqçi, 9 tibbi heyət, eyni zamanda, 26 media nümayəndəsi və 18 işçi heyət də sözügedən ölkəyə yollanacaq. Qeyd edək ki, turnir iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq. |
|
Xəbər 176 dəfə oxundu. |
|
|